Ölkə

İcazəsi olanlar öz avtomobilləri ilə hərəkət edə biləcəklər

“Nazirlər Kabinetinin qərarı ilə karantin dövründə fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobilindən istifadəsinə icazə veriləcək”.

Analoq.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslərin şəxsi avtomobillərlə yalnız işə gedib-gəlməsinə şərait yaradılacaq:

“Avtomobili idarə edən şəxsin fəaliyyətinə icazə verilərsə, həmin avtomobilin hərəkətinə qadağa yoxdur”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button