Həbs olunan icra başçısı iş adamını necə müflis edib?
Bir neçə gün əvvəl DTX-nın keçirdiyi əməliyyat zamanı həbs olunan İmişli rayonunun icra başçısı Vilyam Hacıyev dünən məhkəmə qarşısına çıxarılıb.
Analoq.az xəbər verir ki, sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 3 maddəsi üzrə cinayət işi açılıb. Həmin ittihamlar rüşvətalma, vəzifə səlahiyyətlərini aşma və mənimsəmə kimi cinayət əməllərini ehtiva edir.
Bildirək ki, Hacıyev haqqında ən çox tənqid yazılan və adı qalmaqallara qarışan icra başçılarından biri olub. Hələ bir neçə il əvvəl onun bir neçə iş adamına çatacaq külli miqdarda pulu mənimsədiyi qeyd olunurdu. Hətta bununla bağlı məsələ mətbuatda da geniş şəkildə yayılmışdı.
Vilyam Hacıyevdən ziyan görən iş adamlarından biri isə Nəsir Nəzərovdu.V.Hacıyev onun 500 min manat pulunu mənimsəməklə yanaşı, bir neçə dəfə böhtan yolu ilə həbs etdirəcəyini də açıq-aşkar söyləyib:
<