Maraqlı

Tanınmış bloqqeri təyyarəyə buraxmadılar

İraqa gedən bloger Şəfəq Məmmədovanı təyyarəyə buraxmayıblar. Axşam.az xəbər verir ki, bu haqda Şəfəq özü məlumat yayıb. O bildirib ki, Bağdada uçan təyyarəyə minən zaman ondan viza tələb edilib:

“Biabır olduq… İraqla Azərbaycan arasında sadələşmiş viza rejimi tədbiq olunub. Yəni gedib hava limanında vizanı ala bilərdim. Amma ərəb aviaşirkəti məni buraxmadı, onlara izah edə bilmədim. Kimlərə yığdıq, nə etdiksə, alınmadı. Təyyarə uçdu, biletim, otelim hər şeyim batdı”.

Qeyd edək ki, bu ilin yanvarından etibarən Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını İraqın sərhəd-keçid məntəqələrində əldə edə bilərlər.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button