Dünya

Almaniyada təyyarə binanın üstünə düşdü

Almaniyanın Wesel şəhərində  təyyarə bir yaşayış binasının üstünə düşdü. Qəzada 3 nəfər öldü.

Analoq.az xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya bölgəsindəki Wesel şəhəri yaxınlığındakı   təyyarə qəzaya uğradı. Polis, damın üstündə oturan binanın bir sakinin təyyarədəki 2 nəfərlə birlikdə öldüyünü açıqladı.

Polis, həmçinin Ultralight TL-96 tipli tək mühərrikli təyyarənin niyə qəzaya uğraması ilə bağlı dəqiq bir məlumatın olmadığını, ancaq qəzanın bütün tərəflərinin araşdırıldığını bildirdi.

Təyyarədə yanacağın yayılması səbəbi ilə damın üstündə böyük bir yanğın baş verdiyi, ancaq yanğınsöndürmə briqadasının müdaxiləsi nəticəsində yanğının qısa müddətdə söndürüldüyü bildirildi.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button