Maraqlı

“Kediciklər” hərəmxanasının sahibinə 1365 ilədək həbs cəzası tələb edildi

2018-ci ilin iyul ayında qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı əməllər törətmək və bu kimi çox sayda cinayətdə ittiham olunaraq həbs edilən Adnan Oktara prokuror 150 ildən 1365 ilədək həbs cəzasına məhkum edilməsini istəyib.

İstanbulun Çəngəlköy ərazisindəki evində həbs edilən və əleyhinə 32 müxtəlif ittiham irəli sürülən Adnan Oktarın adı son 25 ildə fərqli istintaqlarda, ittihamlarda və açıqlamalarda gündəmə gəlib.

İstanbul ağır cəza məhkəməsində Adnan Oktara məxsus 7 zirehli super lüks avtomobil və cip, 70 hovuz, 20 hovuzlu villa, bir çox mənzil, malikanə, 80 şirkətə aid bütün pul və daşınmaz əmlak, A9 kanalına aid bütün texniki avadanlıqlar, şəxsi zinət əşyaları və cavabdehlərə məxsus saatlar daxil olmaqla 70 vasitə, cəmi 1 milyard Daşınmaz əmlak, nəqliyyat vasitələri, zinət əşyaları və nağd pulların müsadirə edilərək satılması və dövlət kassasına daxil edilməsi irəli sürülüb.

Qeyd edək ki, Adnan Oktarın FETO-ya yardım etməsi barədə də faktlar öz əksini tapıb.

Elman
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button