AktualManşet

Gömrük komitəsinin rəsmi saytında nə baş verir ?

FOTOFAKT

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasi və iqtisadi islahatlar tam sürəti ilə davam edir.

İslahatlar gömrük komitəsindən də yan keçməyib. Belə ki , komitənin bir sıra yüksək vəzifəli generalları işlərində buraxdıqları ciddi nöqsanlara görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunublar. Lakin cəmiyyəti bir sual düşündürürdü ki , gömrük komitəsinin rəhbəri Səfər Mehdiyev hansı səbəbdən məsuliyyət qarşısına çıxarılmır.

Cəmiyyətin bu sualına da cavab tapıldı – Ölkə başçısının sərancamına əsasən Səfər Mehdiyev Azərbaycan Respublikası Gömrük Komitəsi Sədri vəzifəsindən kənarlaşdırıldı. ” Balıq başından iylənər” deyiblər. Söz yox ki, Komitə daxilində baş verən cinayət əməllərinin arxasında məhz Səfər Mehdiyevin dayandığı şübhə doğurmur. Ümid edirik ki , hər şey gün işığına çıxacaq.

Ancaq diqqətimizi daha məsələ də çəkdi. Bu , Dövlət Gömrük Komitəsinin fəaliyyət göstərdiyi rəsmi saytıyla bağlıdır. Görün vəziyyət nə qədər özbaşına hal alıb ki , Prezidentin verdiyi son sərəncamı və generalların saxlanılması barədə ictimaiyyətə məlumat verilməyib. Qeyd edək ki , Komitənin rəsmi saytında xəbərlər bölməsi var və hər – halda haqqında bəhs etdiyimiz məlumatlar orada dərc edilməli idi. Görünür dövlət başçısının verdiyi qərarlar Komitənin mətbuat xidmətinin rəhbərliyi tərəfindən etinasız qarşılanır ( ?!) Sual oluna bilər ki , əgər dövlət başçısı Səfər Mehdiyevlə bağlı müsbət xarakterli sərəncam versəydi saytın rəhbərliyi dərhal dərc edərdimi ? Təbii ki , bəli, edərdi ! Maraqlıdır , bəs son sərəncam niyə dərc olunmur? Bəlkə istirahət günü olduğuna görə sayt sərəncamı dərc etməyib ? Amma yox , Gömrük Komitəsi bazar günləri də fəaliyyət göstərir. Üstəlik Prezident İlham Əliyevin işdən azad etdiyi Səfər Mehdiyev hələ də Gömrük Komitəsinin saytına görə “vəzifədədir” …

Görünən budur ki , Dövlət Gömrük Komitəsi əvvəldən Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə etinasız yanaşıb və son illər baş verən özbaşnalıqlar , xalqı dövlətdən narazı salan faktorlar da məhz buradan qaynaqlanır. Beləliklə görək Komitə bu faktlara nə deyəcək ?

Analoq.az olaraq Gömrük Komitəsinin istənilən səlahiyyətli şəxsinin mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 5]

Back to top button