Ölkə

Azərbaycan-İran arasında avtomobil yolu körpüsünün təməlqoyma mərasimi baş tutub

Azərbaycan-İran arasında avtomobil yolu körpüsünün təməlqoyma mərasimi baş tutub
İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfəri çərçivəsində görüşlər bitdikdən sonra Azərbaycan və İran nümayəndə heyətləri İran İslam Respublikasının Astara şəhərinə səfər ediblər.”Report”un Astaraya ezam olunmuş müxbiri xəbər verir ki, ilk öncə Azərbaycan ərazisində Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Daha sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçiriləcək.

Azərbaycan və İran tərəfi layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlib.

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Bu gün Bakıda keçirilən görüşdə Azərbaycan və İran arasında körpünün tikintisi ilə bağlı protokol imzalanıb.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button