Dünya

Xorvatiyada “Mig-21” qırıcı təyyarəsi qəzaya uğrayıb

Xorvatiyanın şimalındakı Viroviticko-Podravska bölgəsində “Mig-21” tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Analoq.az xəbər verir ki, Xorvatiya Müdafiə Nazirliyindən verilən açıqlamada, 2 pilotla təlim uçuşu həyata keçirən “Mig-21” tipli döyüş təyyarəsinin meşəlik əraziyə düşdüyü açıqlanıb. Təyyarədəki bir pilot tapılıb, ikinci pilot üçün isə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Açıqlamada, ilk yardım və təhlükəsizlik qruplarının ərazidə olduğu bildirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button