Ölkə

Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq

Bu ilin sonuna qədər Qarabağ bölgəsi tam televiziya yayımı ilə əhatə olunacaq.

Bu barədə “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda keçirilən seminarda bildirilib. O da qeyd edilib ki, hazırda ölkə üzrə internetləşmə prosesi davam edir. Ötən il ərzində dövlətə aid operatorlar tərəfindən 40 mindən çox abunəçi internet xidmətinə qoşulub. Lakin ucqar ərazilərdə bu istiqamətdə bəzi problemlər hələ də qalır. Bunun üçün hədəflər müəyyənləşib və layihələr hazırlanıb.

Seminarda işğaldan azad olunmuş ərazilərə “Böyük qayıdış”ın təmin edilməsi çərçivəsində Qarabağda nəqliyyat və İT sahəsində infrastrukturun qurulması üçün prioritetlərdən də danışılıb

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button