Ölkə

Vilayət Eyvazov polkovnik-leytenantı yüksək vəzifəyə təyin edib

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin bölmə rəisi polis polkovnik-leytenantı Vəli Qocayev vəzifəsindən azad olunub. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə V.Qocayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button