Ölkə

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıqlarla barışır”- SONA ƏLİYEVA

“Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında bir sıra məqamlar diqqətçəkəndir. Birincisi, sənəddə Minsk Qrupuna istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq ATƏT-in Minsk qrupuna istinad yer almayıb. İkincisi, sənəddə “Dağlıq Qarabağ münaqişəsi”, hətta “Dağlıq Qarabağ” kimi ifadə yoxdur. Üçüncüsü, bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir”. Bunu politoloq Sona Əliyeva deyib. Politoloq bildirib ki, yəni Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bu reallığı qəbul edir:

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıqlarla barışır. Eyni zamanda, Fransa bu tədbirə həmsədr kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edir. Bir sözlə, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button