Siyasət

Kiro Manoyan: “Dünyanın bizə münasibəti dəyişib”

“Ermənilərin öz hüquqlarını müdafiə etmədiyini görən dünyanın bizə münasibəti dəyişib” KONKRET.az erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri “Daşnaksutyun” Partiyasının liderlərindən biri olan Kiro Manoyan bildirib.

Onun sözlərinə görə, “44 günlük müharibə zamanı, hətta hələ bitməmiş, Cənubi Amerika və Avropanın bir sıra ölkələrinin parlamentləri Azərbaycan və Türkiyənin Atsaxa (oxu: Qarabağa) təcavüzünü pisləyiblər.

O, daha sonra fikrini belə davam etdirib:

“Müharibə dünyanın qavrayışında tamamilə yeni bir vəziyyət yaratdı. Dünya Ermənistan hakimiyyətinin Ermənistanın maraqlarını müdafiə etməyə hazır olmadığını görəndə, onlar da bu məsələyə münasibətinin təzahüründə müəyyən korrektələr etdilər. Həmin yaşma isə konkret olaraq belədir: “Əgər ermənilər öz hüquqlarını müdafiə etmirlərsə, biz niyə onların hüquqlarını müdafiə edək. Ermənilər Azərbaycan və Türkiyə ilə münasibətlərimizi korlayırlar!”, – deyə Kiro Manoyan qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button