Ölkə

Baş Prokurorluğun əməkdaşları prokurorluq orqanlarının veteranlarını ziyarət etdilər

7 fevral tarixində Baş Prokurorluğun əməkdaşları uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə işləmiş Rüfət Səfərəliyevi 70 illik və Cəmil Həsənəliyevi 85 illik yubileyləri münasibətilə Baş Prokurorluğun rəhbərliyi adından təbrik edib, onlara uzun ömür, möhkəm can sağlığı arzu ediblər.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanmaqla qurumun fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılıb.

Təbriklərə görə təşəkkürlərini bildirən yubilyarlar uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button