Ölkə

“Parlamentdə hər ay uşaqpulundan danışan Razi Nurullayevdir” – PARTİYA RƏSMİSİ

Uşaqpulu verilməyən bir ölkədə,uşaqların bağçalarda döyülməsi halı çox ağır vəhşilikdir.Çox güman ki,bu görünənlər işin çox az görünən bir hissəsidir.Sosial mediada vaxtaşırı belə hadisələrin şahidi olub,müzakirəyə çevrildiyinin görüntülərini görürük.

Heç kim uşağını yaxşı gündən baxçaya qoymur.İmkanı olan insanlar uşağını daha prespektivli özəl bağçalara ,imkanı məhdud insanlar isə dövlət bağçalarına qoyurlar.Qoyurlar deyəndə bir az yaxşı çıxmır,çünkü bağçaya uşaq yerləşdirmək heç də pulsuz başa gəlmir.Söhbət dövlətin adını daşıyan,dövlət büdcəsindən maliyyələşən baxçalardan gedir.Əlbətdə ki,hələ orada baş verən kələm,yağ makaron və diğər qidaların öğurluğundan demək istəmirəm.

Demək istəmirəm ki,bu bağça müdrələri nədən otuz il müdrə vızifəsində qalırlar.Səbəbi bəsit və aydın ora büdcədən gələn maliyyəni yaxşı talaya bilirlər.Amma məqsədim bu deyil,yəqin ki,Təhsil Nazirliyi bu baradə çoxdan qalmış,daha döğrusu iyləmmiş işləri sona çatdıracaq.

Bağçalarda və məktəblərdə uşaqların döyülmə faktlarına son verib,qanuni yolla köhnəlmiş otuz ilin müdrələrinə əncam çəkəcək.Mən buna əminəm ,çünkü icra strukturları daha onlara mane ola bilməyəcək.Müəllimə keçmiş günlərimizdə olduğu hörməti müəllim hörmətini qaytaracaq.

Sözüm uşaqların döyülməsi deyil,onlara verilməli olan uşaq pulunun verilməməsidir. Nədən uşaq pulu verilmir,daha doğrusu verilmək istənilmir.Məqsədli verilmək istənilməyən uşaq pulunun verilməsi,dövlətdə kasıbın uşaqlarına yuxarıdan aşağı baxan korrupsioner məmur işidir.Hələ bir neçə il bundan öncə Milli Cəbhə Partiyası uşaq pulu ilə bağlı təklif paketi hazırlamış hökümətə təkliflə çıxış etmişdir.Çox təəssüf ki,parlamentdə daim uşaqpulu haqda təkliflər səslənməkdədir. Hər ay uşaqpulundan danışan Razi Nurullayevdir.

Sosial statusuna fərq qoyulmadan bütün ailələrin – istər varlı, istər kasıb – böyütdükləri uşaqlara görə “uşaqpulu” alması vacibdir. Çünki uşaqlar kasıb və varlı ailədə böyüməsindən asılı olmayaraq, dövlətin sərvəti və gələcəyidir.

Dövlət bununla sanki öz sərvətinə, gələcəyinə kiçik də olsa, sahib çıxmalıdır.
Hələ 2021 ci 16 oktyabrda Qaradağ rayonu şəhidi Ruslan Abbasovun şəhidliyinin ildönümündə digər bir Şəhid Emin Ağazadənin anası Xatirə xanımın şəhid anaları adından hakimiyyətə müraciəti vardı.Uşaq pulunun verilməsini tələb edirik.

İllərnən o uşağın necə ,nə içdiyindən heç bir dövlət məmurunun zərrə qədər belə xəbəri olmur.Yazıq valideynlər min bir əzab-əziyyətlə bir qarnı ac,bir qarnı tox uşaq böyüdür.Əlləri işləməkdən qabar qağlamış valideynlər dişindən,dırnağından kəsir övlad böyüdür.

18yaşa çatan kimi ki, yada düşür ki, əli silah tutan əsgər lazımdır,cəbhədə savaşan ər oğlu ər lazımdır.Uşaqlara,körpələrə bu cürə laqeyd münasibət gələcəyimizə laqeyd münasibətdən başqa bir şey deyildir. Bunu biz 44günlük vətən müharibəmizdı gördük.Yaşam tərzinə,kasıbçılıqlarına baxmayaraq Allahü Əkbər deyərək düşmənə kabus yaşatdıran gənclərimiz əziz igidlərimizin uşaqlarına azda olsa bir köməkdir.

Açığı daha yaxşı olar, dövlət uşaqlara sahib çıxsın və lazım olan anda da vətən, torpaq üçün ölümə göndərməyə nəinki hüquqi, həm də mənəvi haqqı olsun.

Rafiq Daşdəmirli
Milli Cəbhə Partiyasının müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button