Ölkə

“Tərtər işi” ilə bağlı yeni açıqlama – 281 zərərçəkmiş şəxs müəyyən olunub

Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnib və istintaq qrupu ötən il dekabrın 16-dan bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparır.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ötən müddətdə işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb. Bununla da indiyədək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən olunub.

Bundan əlavə, əvvəllər hərbi xidmət əleyhinə cinayətlərə görə məhkum olunmuş 16 nəfər barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilib. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən 4 nəfər həbs edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button