Şikayət

Aztv sədrinin ŞOK MALİYYƏ MAXİNASİYASI

Məlum olduğu kimi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) sədri Rövşən Məmmədov televiziyanın eksklüziv reklam hüquqlarını fəaliyyət müddəti 3 gün olan MMC-yə həvalə edib. Bununla bağlı mediada kifayət qədər geniş məlumat verilib. Biz oxucularda tam təsəvvür formalaşdırmaq üçün fotoları yenidən təqdim edirik:
İlk baxışdan görünə bilər ki, bu, adi bir prosedurdur və burada heç bir qəbahət yoxdur. Ancaq “Reklam haqqında” Qanuna əsasən 100 faizlik reklam hüququ bir şirkətə verilə bizməz. Rövşən Məmmədov isə son iki il ərzində mütəşəkkil şəkildə maliyyə yeyintilərini gizlətməkdən ötrü 01 mart 2020-ci ildə Azərbaycan Televiziyası (AzTV, Mədəniyyət, İdman, Radio) “Tv-Media Azərbaycan” MMC ilə müqavilə bağlayaraq öz reklam satış hüquqlarını bu şirkətə verib.
Hesablama Palatasının AzTV-də apardığı 2019-2020-ci illər dövrünün yoxlama nəticələrindən əldə etdiyimiz məlumata əsasən bağlanmış müqavilə əsasında “TV-Media Azərbaycan” MMC AzTV-yə aylıq ƏDV daxil 11800 manat olmaqla, illik 141 600 manat ödəməyi öhdəsinə götürüb.
Qeyd edək ki, efirə gedən bütün verilişlərin, o cümlədən teleanonsların, reklamların gündəlik olaraq efirəgetmə ardıcıllığı ilə efir koordinatorları tərəfindən qeydiyyatı aparılan gündəlik qeydiyyat jurnalı dəfələrlə tələb olunsa da, audit qrupuna təqdim edilməyib. Cəmiyyət tərəfindən belə qeydiyyatın aparılmadığı və həmin jurnalın, ümumiyyətlə, olmadığı bildirilib. Audit qrupu tərəfindən fiziki baxış keçirilib və audit qrupundan gizlədilmiş həmin qeydiyyat jurnalları aşkar olunaraq götürülüb.
AzTV tərəfindən aparılan və audit qrupuna rəsmi olaraq təqdim edilmiş müvafiq sənədlər üzrə 2019-cu il ərzində ümumilikdə reklamların həcmi 19268 saniyə, 2020-ci ildə 52730 saniyə göstərilib və bu gösəricilərə uyğun media planlar, müqavilələr təqdim edilib. Lakin aşkar edilmiş müvafiq sənədlər və cəmiyyətin bu sahə üzrə müvafiq əməkdaşlarından alınmış izahatlar əsasında müəyyən edilib ki, efirə getmiş faktiki reklamlar ilə Maliyyə Departamenti və reklam şöbəsi tərəfindən rəsmiləşdirilən reklamların uçotu üzrə ciddi kənarlaşdırılmalara yol verilib. Və məlum olub ki, TV-də 2019-2020-ci illərdə 200128 saniyə reklam verilib. Audit yoxlamasına isə təqdim edilən rəqəm bundan 128160 saniyə az olub. Nəticədə qeyd ounan həcmlər üzrə daxilolmalar tv-nin büdcədənkənar hesaba daxil edilməyib.
Audit qrupunun aşkarladığı nöqsanlardan heç bir nəticə çıxarmayan televiziya rəhbərliyi (AzTV, Mədəniyyət, İdman, Radio) 2021-2022-ci illərdə reklamı gündəlik 7 saat, yəni 25200 saniyəyə qədər artırıb. Və xatırladaq ki, ölkə teleməkanında reklamın saniyəsinin qiyməti 95 faiz güzəşt belə edildikdə 3 AZN-dən aşağı hesablanmır. Onda bu rəqəm gündəlik 25200x3AZN=75600×30 gün=2268000 AZNx12 ay=27 milyon 216 min edir. AzTV rəhbərliyi bu mütəşəkkül maliyyə maxinasiyalarını (Maliyyə Departamentinin rəhbəri Niyaməddin Quliyev, Proqram direktoru Emin Hüseynov və Reklam Departamentinin rəhbəri Süleyman Məmmədov) həyata keçirərək televiziyanın büdcədənkənar vəsaitlərini mənimsəyib və bu maxinasiyanın izini itirməkdən ötrü gündəlik reklam planları bu gün də məhv edilir.
Çox təəssüf hissilə bildirək ki, TV sədrinin “uzaqgörən” siyasəti nəticəsində bu gün eksklüziv yayım hüquqları 01.01.2023-cü ildə yeni şirkətə – “Broadcast Media” MMC-yə verilib. Jurnalist araşdırmalarımız nəticəsində məlum olub ki, “Broadcast Media” MMC və “TV-Media Azərbaycan” MMC eyni hüquqi ünvanda yerləşir. (FOTOLAR)
Xatırladaq ki, TV-nin yeganə büdcədənkənar gəlir mənbəyi reklam hesabına formalaşır. Televiziyanın reklamdan gələn illik 30 milyona yaxın gəlirinə ölkə ərazisində iki İTV kimi televiziyanın büdcəsini formalaşdırmaq olar. Rövşən Məmmədov maliyyə şəffaflığı adı ilə öz mütəşəkkil dəstəsi ilə televiziya əməkdaşlarının əməkhaqqısını, qonorarını, ezamiyyə və məzuniyyət xərclərini kəsib doğrayır.
Ölkə Prezidentinin minimum əməkhaqqı ilə bağlı Sərəncamına Rövşən Məmmədovun yanaşması öz təbiri ilə desək kreativdir. Belə ki, aparıcı sədr öz yaxın ətrafından başqa, işçilərin minimum əməkhaqlarını 6-8-15 manat artırıb. Narazılığını bildirənlərə isə “Qarabağ tikilir, pul yoxdur” ifadəsi işlədilir.
Televiziyanın büdcədənkənar illik 30 milyona yaxın reklam gəlirləri olmasına baxmayaraq, Rövşən Məmmədov ölkə rəhbərini aldatdığını düşünür. Televiziyada islahatlar aparıldığı fonunu yaradan idman müxbiri-sədr gözdən pərdə asmaq və digər niyyətlərini həyata keçirmək üçün qurumun rəqəmsal audivizual arxiv sisteminin yaradılması üçün Prezident İlham Əliyevə məktub ünvanlayaraq maliyyə ayrılmasına nail olub.
Vurğulayaq ki, həm ulu öndər Azərbaycan Televiziyasına xüsusi diqqəti ilə yadda qalıb. Bu gün dövlət başçısı İlham Əliyev də ölkədə medianın, eləcə də televiziyaların inkişafına xüsusi qayğısı ilə seçilir.
Pandemiya, ikinci Qarabağ Müharibəsi, işğaldan azad edilmiş ərazilərdə tikintilərin aparılması, sosial müavinətlərin, şəhid ailələrinin, qazilərin rifah halının yaxşılaşdırılması üçün böyük həcmdə büdcə vəsaitlərini yönəldiyi bir vaxtda Prezident İlham Əliyev Ehtiyat Fondundan 2022-ci il 1 milyon manat maliyyə ayırıb. Rövşən Məmmədov hökuməti, baş naziri, maliyyə nazirini aldadaraq göstərilən reklam vəsaitlərini öz şəbəkəsi ilə gizlədərək bu vəsaitdən də öz məkirli maliyyə maxinasiyalarına uyğun rəftar edərək Dövlət Satınalmalar Agentliyinin gözü qarşısında 3 dəfə tender keçirib, özünəyaxın şirkətləri qalib edə bimədiyi üçün tenderin nəicələrini ləğv edib.
2022-ci ilin bitməsinə baxmayaraq, Fonddan ayrılan 1 milyon manat vəsaiti geri qaytarmamış, şəxsi hesablarında gizli saxlayıb. Bununla bağlı geniş araşdırmamız olacaq.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə 940 500 (doqquz yüz qırx min beş yüz) avronun manat ekvivalentində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Çox təəssüf ki, Azərbaycan Televiziyasının İdman kanalı isə futbolsevərlərin ümidini doğrultmur. Hətta yeni iddiaya görə, İdman kanalı Rusiyadan Almaniya çempionatını ucuz qiymətə götürərək efirə verir. Əlbəttə, yarışların rusca şərhi hiss olunur. Ümumiyyətlə, son illər İdman kanalı ilə bağlı ciddi faktlar da müxtəlif dairələrdə müzakirə edilməkdədir.
Bu məqalənin sonunda Rövşən Məmmədova və onun dəstəsinə bir sual ünvanlayırıq: Vaxtilə məbəd olan, bütün resursları ilə seçilən AzTV niyə bütün reklam hüquqlarını hansısa MMC-yə niyə verir?aztimes.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button