BannerŞikayət

Xəstəni kor qoyan “Yeni Gəncə Tibb Mərkəzi” Mehdiyevlərə məxsus olduğu bildirilir – İDDİA

Gözlərimiz Günəşin aydınlatdığı bu dünyaya açılan pəncərə, dünyaya gəldiyimiz gündən köçəcəyimiz günə kimi bizim yolyoldaşımızdır. Onların köməyi ilə dünyanın gözəlliklərini doyunca seyr edir, həyatdan zövq alırıq.Amma Gəncə Tibb Mərkəzinin Hippokrat andına sadiq olmayan həkimi Kərimi Sevinc Samil qızının gözləri ömürlük dünya işığından məhrum edib. Xəbəral.az xəbər verir ki, bu xəstənin valideyinləri bildiriblər

Şikayətçilər mətbuat vasitəsi ilə Yeni Gəncə Tibb Mərkəzinin Neyrocərrah Dr.Zaur Ramixanovun uğursuz əməliyatından övladının ömürlük dünya işığından məhrum edilməsindən Baş prokuror Kamran Əliyev cənablarına səsləniblər.

Gəncəli sakinlər qeyd edirlər ki, 10 min manata yaxın pul dilənib övladlarının sağalması üçün Zaur Ramixanova veriblər.Hazırda ailə üzvülərinə məxsus olan qızıl-ziynət əşyaları hamısı girovdadır. 11.01.2022-ci il tarixdə Kərimi Sevinc Samil qızının ailə üzvüləri yeni Gəncə masivində yerləşən Tibb Mərkəzinə gedib həkimlə görüşmək istəkləri böyük səs-küyə səbəb olub.Rəhbərlik işə qarışdıqdan sonra onlar Zaur Ramixanovla birtəhər görüşə biliblər.Həkim xəstənin valideyinlərinə bildirib ki, mən əməliyyat zamanı beyində damarın zədələnməsindən xəbərsiz olmuşam.Onun üçündə siz mütləq xəstənizi paytaxt Bakıya aparmalısınız

Son vaxtlar Azərbaycan Səhiyyəsində gedən ürək açan inkişafa baxmayaraq, görünür Yeni Gəncə Tibb Mərkəzinin bu inkişafa kölgə salmaq niyyəti var.Xəbəral.az-ın etibarlı mənbəədən verilən məlumata görə, xəstənin Hazırda ailə üzvülərinə məxsus olan qızıl-ziynət əşyalarının bankda girovda olduğu, maddi sıxıntıda olduqları bildirilir.Xəstənin isə yenidən əməliyyat olunmaqdan başqa çarəsi qalmır.

Kərimi Sevinc Samil qızının ailə üzvləri haqlı olaraq Gəncədəki “Tibb Mərkəzi”nə ödədikləri maddi vəsaitin geri qaytarılmasını tələb kimi qoyaraq ölkə rəhbərliyinə şikayətlər edirlər.Həkim Zaur Ramixanovla görüşmək isə şikayətçilərə heç bir fayda verməyib, əksinə, həkim bildirib ki, əməliyyat zamanı pasientin beynində damarın zədələnməsindən xəbərsiz olub və onun üçün xəstə paytaxt Bakıya aparılıb müayinə və müalicə olunmalıdır.

Xəstə sahibləri isə tibb mərkəzinə ödəmiş olduqları vəsaitin geri qaytarılması üçün ümidlərini Baş prokuror Kamran Əliyev cənablarına bağlayıblar.

Analoq.az.az sosial şəbəkələrə istinadən xəbər verir ki, Yeni Gəncə Tibb Mərkəzinin Ramiz Mehdiyevin ailə biznesinə məxsusdur.

Son günlər sosial mediada Yeni Gəncə Tibb Mərkəzində ki, həkim səhlənkarlığından tənqidi yazıların getməsi xəbəri Ramiz Mehdiyevə çatıb, Ramiz Mehdiyev kilinikanın baş həkiminə tapşırıb ki, “elə edin mənim adım hallanmasın”!

Mövzuya qayıdacağıq

Xəstə sahibləri isə tibb mərkəzinə ödəmiş olduqları vəsaitin geri qaytarılması üçün ümidlərini Baş prokuror Kamran Əliyev cənablarına bağlayıblar.

Bəlkə hörmətli prokurorumuz bu özəl tibb müəsisəsində baş verən qalmaqala son qoymaqla gənc xanımı təkrar müalicə etdirməklə işıqlı həyata qaytara.

Analoq.az.az olaraq Gəncə Tibb Mərkəzi ilə bağlı səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button