Dünya

ABŞ rəhbərliyi İrana qarşı metal sanksiyalarını genişləndirdi

ABŞ dövlət katibi Mayk Pompeo yazılı açıqlamasında İranın nüvə, ballistik raket və hərbi proqramlarının beynəlxalq sülh və təhlükəsizliyə böyük təhlükə yaratdığını söyləyib.Bu təhlükə ilə mübarizə aparmaq üçün İrana qarşı metal sanksiyalarını genişləndirdiklərini vurğulayan Pompeo, “Bu gün Xarici İşlər Nazirliyi, İranın nüvə, hərbi və ya ballistik raket proqramlarında istifadə olunan 22 xüsusi metalı elan edib. Bu materialları bilərəkdən İrana göndərənlərə sanksiyalara məruz qalacaq”, – deyə, bildirib.

İran İnqilab Keşikçiləri Ordusunun İranın inşaat sektoruna nəzarət etdiyini vurğulayan Pompeo, bəzi materialların İrana idxal və ya oradan ixracının da sanksiyalara səbəb olacağını söyləyib.

Qeyd edək ki, ABŞ-ın sanksiya siyahısına qoyduğu 22 metal arasında alüminium və polad törəmələri də yer alıb.Eastnews.org

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button