Ölkə

İrəvanda AVRONEST-in iclası başlayıb, azərbaycanlı deputatlar toplantıda iştirak edir

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb. Analoq.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.

Ermənistan mətbuatı yazır ki, azərbaycanlı deputatlar gücləndirilmiş mühafizənin müşayiəti ilə tədbirin keçirildiyi İrəvan İdman-Konsert Kompleksinə gəliblər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər/report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button