Ölkə

Şuşada “DOST mərkəzi” açılacaq

Azərbaycanın 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi yekunlaşmaq üzrədir və yaxın vaxtlarda istifadəyə veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən il imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayı 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdırılıb.

Qeyd olunub ki, “Şərqi Zəngəzur və Qarabağ Proqramı” çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik “Şuşa DOST” filialı açılacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində isə “Ağıllı kənd” layihəsi çərçivəsində bu il “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button