Son dəqiqə

Millət vəkilinin fauna sevgisi və yaxud ad günü “siyahısı”

Milli Məclisin deputatı Aydın Mirzəzadə ad günü münasibətilə onu təbrik edən şəbəkə istifadəçilərinin adlarını bir-bir qeyd edərək siyahıya alıb və səhifəsində paylaşıb.Millət vəkilinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb , eyni zamanda gülüş həfədinə də çevrilib.


Millət vəkili ” ad günü” siyahısından bir neçə gün əvvəl də başqa bir paylaşımı ilə izləyicilər arasında diqqət yarada bilmişdi.

Deputat paylaşdığı statusda qeyd edir ki,iyunun 1-də səhifəmdə bir cüt “quş”un yuva qurması barədə yazmış və şəkillərini yerləşdirmişdim. Onlara su və dən qoyduq, eyvana az çıxdıq, hətta narahat olmasınlar deyin, isti günlərdə kondisionerdən də istifadə etmədik.

Bir neçə gündür ki, oradan bir cüt quş balası boylanır, anaları isə tez-tez onlara yem gətirir. Şad olduq ki,eyvanımız təbiətin bir hissəsinə çevrilib.

Deputatımızın flora və fauna sevgisini anlayırıq, lakin bir az da gerçək seçici sevgisi olsaydı, daha yaxşı qarşılanardı.

Aydın müəllimin səhifəsinə nəzər yetirdikdə onun seçicilərin problemləriylə bağlı az paylaşımları bizi bu qənaətə gətirməyə vadar elədi.Hər halda seçkilərdə Aydın müəllimə “quşlar” səs verməyiblər…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button