Ölkə

Polis MİDA-nın sədr müavininin qanunsuz əməllərini ifşa etdi – VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.Bu barədə avtosfer.az saytı məlumat yayıb.

Belə ki, 10-GY-555 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı “BMW X7” markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.
https://bax.tv/avto-moto-xeberler/bakida-berkgeden-memur-yol-polisinin-ustune-protiv-getdi-147896?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=147896
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button