Ölkə

“Azərbaycan minatəmizləmə sahəsində qətiyyətli addımlar atır”

“Minatəmizləmə qlobal fəaliyyət cavab tələb edir”. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan hökuməti minatəmizləmə sahəsində qətiyyətli addımlar atır.

Onun sözlərinə görə, Azərbaycan münaqişədən ən çətin problemlərdən biri olan mina problemi ilə üzləşib: “İşğaldan azad olunan ərazilərimiz qlobal səviyyədə mina ilə ən çox çirklənən ərazilərdən hesab olunur. Bu ərazilərə milyonlarla mina yerləşdirilib. Azərbaycan hökuməti bu dağıdıcı addımlara quruculuqla cavab verir. Əsas prioritetimiz daha çox insanın həyatını xilas etmək, bu torpaqların minalardan təmizlənməsi və vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməkdir”/apa

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button