Maraqlı

Azərbaycana ilk avtomobillər 20-ci əsrin əvvəllərində gətirilib

1911-ci ildə avtomobillərin sayı 36 olub

Müasir dünyamızda avtomobil bir çox hallarda insanın həyatını asanlaşdırır.
1885-ci ildə almaniyalı tədqiqatçılar Qotlib Daymler və Karl Bens dünyada ilk dəfə olaraq daxili yanma mühərriki hazırlayır və həmin andan etibarən avtomobilləşmə erası başlayır. Üçtəkərli bu qurğu dünyada sənaye istehsalına başlanan ilk avtomobil olur.
Azərbaycana ilk avtomobillər 20-ci əsrin əvvəllərində gətirilib. İlk avtomobillər “Ekspress” cəmiyyətinə məxsus olub. 1911-ci ildə avtomobillərin sayı 36, 1918-ci ildə isə 230 ədəd təşkil edirdi.
Mustafa Əliyev ilk azərbaycanlı sürücülərdən biridir (sürücülük vəsiqəsini 1911 -ci ildə almışdır).
Azərbaycanda ilk dəfə maşın sürməyi öyrənən və 1909-1914-cü illərdə avtomobil nəqliyyatında işləməyə başlayan bir neçə azərbaycanlının adları
1) Əliyev Mustafa İbrahim oğlu
2) Bala Ağa Məşədi Qasım oğlu
3) Bağırov Dadaş
4) Seyid Hüseyn Mir Əziz oğlu
5) Seyid Həsən Mir Əziz oğlu
6) Sarab Ağa Abdul-oğlu

Səmayə Məmmədova,
Nazim Rzayev

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button