Ölkə

Vətəndaşların istifadəsinə verilmiş pay torpaqlarında tikinti işləri dayandırılıb – VİDEO

Abşeron rayonu Novxanı qəsəbəsində kənd təsərüffatı üçün ayrılmış pay torpaqlarında da tikinti işləri dayandırılıb. Əmlak eksperti Elnur Fərzəliyev tikilmiş həyət evlərinin çıxarışının verilməməsinin əsas səbəbini kənd təsərüffatı torpaqları ilə mənzil və fərdi evlərin təyinatının fərqliliyi haqqında acıqlama verdi.

Kənd təsrüffatı və digər müəssisələrin balansında olan torpaqlar və ya neft ərazisində olan torpaq sahələrinin özəlləşməsi üçün torpaq təyinatı dəyişilməli,yaşayış təyinatlı torpaqlara çevrilməli və daha sonra həmin torpaqlarda tikilmiş tikililərin özəlləşdirilməsinə icazə verilə bilər.

Torpaq sahələri alarkən ilk olaraq torpağın təyinatı yoxlanılmalıdır.Yalnız torpaq üzərində qanunvericiliyə əsasən tikinti işlərinin aparılması dəqiqləşdirildikdən sonra əmlak tikintisinə başlanıla bilər.Əks halda bu qanunvericiliyə ziddir.

Daha ətraflı Aztv-nin hazırladığı sujetdə :

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button