Ölkə

Prezidentə yazılan məktublar-“Xeyirxah işlərinizi söyləməklə qurtarmaz”

Vətəndaşlardan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlir.

“Hörmətli Prezidentimiz.

Dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə zamanında verdiyiniz doğru qərarlar ölkəmizi COVID-19 virusunun ağır fəsadlarından qorumaqdadır. Xalqımızın bu çətin dövründə Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu işinizlə bir daha sübut etdiniz. Tez bir zamanda ölkəmizə lazımi tibbi avadanlıqların gətirilməsi, yeni xəstəxanaların fəaliyyətə başlaması, modul tipli xəstəxananın vaxtında tikilib başa çatdırılması qərarlarınızın dinamikliyinin nəticəsidir. Əminik ki, uzaqgörənliyinizin və dərin zəkanızın sayəsində xalqımız bu bəladan az itkilərlə sovuşacaqdır. Qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhfəsini verməkdədir. Gördüyünüz bütün tədbirlərdə əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasına hesablanmışdır. Bunlar xalq-Prezident həmrəyliyini artırır, Sizə olan inamı daha da gücləndirir.

Cənab Prezident, bu çətin günlərdə xalqımıza göstərdiyiniz böyük dəstəyə və vətəndaşların sağlamlığını üstün tutduğunuza görə Sizə bütün təhsil işçiləri və məcburi köçkünlər adından təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Aytəkin Əliyeva

Gültəkin Əliyeva

Gülyaz Əliyeva

Sevda Əliyeva

Aygün Qasimova

Aynurə Əliyeva

Ağdam rayonundan məcburi köçkünlər

Azərbaycan Respublikası, Göyçay rayonu”.

“Möhtərəm Prezidentimiz.

Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətinə birdəfəlik ödənişin edilməsi, tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərinin açılması Sizin xalqımıza olan sevginizin daha bir göstəricisidir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Məmmədəliyev İsgəndər Əvəz oğlu

Azərbaycan Respublikası, Masallı rayonu”.

“Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım.

Əvvəlcə onu bildirim ki, oğlum Əli Polis Akademiyasında təhsil alır. Ailəmiz buna çox sevinir. Həyat yoldaşım da həm hərbiçi kimi xidmət edərkən, həm də polis işləyərkən torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirib. Hazırda təqaüdçüdür. Müstəqil Azərbaycanda övladlarımızın sülh və əmin-amanlıq şəraitində yaşayıb təhsil almasına görə hər birimiz ilk növbədə ulu öndərimiz Heydər Əliyevə borcluyuq.

Oğlumun oxuduğu təhsil müəssisəsi haqqında sevinclə, ağızdolusu danışa bilərəm. Sizin təhsil sahəsinə ayırdığınız diqqətin, tələbkarlığın nəticəsini biz vətəndaşlar görürük. Sizə ailəmiz adından səmimi təşəkkür edirəm. Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirik.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının inkişafına, nüfuzunun artmasına, vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında göstərdiyiniz əməyə və yürütdüyünüz siyasi xəttə görə əminliklə deyirik ki, xalqımızın taleyi, gələcəyi etibarlı əllərdədir. Əminik ki, vaxt gələcək, işğal olunmuş torpaqlarımız da azad olunacaq, insanlarımız daha yaxşı yaşayacaqdır.

Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin vətəndaşlara göstərdiyiniz qayğı və maddi yardımlar bir daha göstərir ki, dövlətimiz uğurla idarə olunur. Xeyirxah işlərinizi söyləməklə qurtarmaz. İşsizliyin minimuma endirilməsi, qocalara qayğı, kimsəsizlərə köməyə görə Sizə minnətdarıq. Bütün bu işlərə, yürütdüyünüz sülhsevər və uğurlu siyasətə görə təşəkkür edirik.

Hörmətlə,

Qurbanova Sərvinaz Aydın qızı

Azərbaycan Respublikası, Daşkəsən şəhəri”.

“Möhtərəm cənab Prezident.

Sizi bütün tərtərlilər adından salamlayıram.

Bütün dünyanın aciz qaldığı pandemiyaya qarşı mübarizədə Sizin xalqla birlikdə “Biz birlikdə güclüyük!” şüarı altında həmrəy olaraq atdığınız qətiyyətli və humanist addımlar həm xalqın Sizə olan inamını və sevgisini daha da artırdı, həm də Sizin rəhbərliyiniz altında Azərbaycan dünya dövlətlərinə nümunə olaraq rəğbət qazandı. Bu gün Tərtərdə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də mən bütün tərtərlilərin Sizə minnətdarlığını çatdırmağı özümə borc bildim. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun.

Hörmətlə,

Sadiq Quliyev

Azərbaycan Respublikası, Tərtər rayonu”.

“Hörmətli cənab Prezident.

Ölkə vətəndaşlarının sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində ilkin qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Buna görə də xalqımız Sizə inanır.

Karantin dövründə sadə insanların yanında olduğunuza, əhaliyə edilən yardımlara, ödənilən müavinətlərə və olunmuş bir sıra güzəştlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,

Məmmədova Ruhəngiz

Aslanov Eldəniz

Aslanova Gülmirə

Qurbanova Xəyalə

Qasımov Məmməd

Azərbaycan Respublikası, Şəki şəhəri”.

“Hörmətli cənab Prezident.

Bu çətin dövrdə Azərbaycan xalqının, dövlətinin etibarlı müdafiəsi, sağlamlığının qorunması, aztəminatlı ailələrin ehtiyacının ödənilməsi bütün dünya azərbaycanlılarının sevincinə səbəb olmuşdur. Bunu Sizə ünvanlanan çoxsaylı təşəkkür məktublarından da sezmək olar.

Mən də ailəmin adından Sizə təşəkkür etməyi özümə borc bilirəm. Uca Allah Sizə, Mehriban xanıma və ailənizə daim kömək olsun. Azərbaycan xalqının bütün vətənpərvər nümayəndələri hər zaman Sizin yanınızdadır.

Hörmətlə,

Məmmədov Əli Telman oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu”.

“Hörmətli cənab Prezident.

Ölkəmizə də təsir edən koronavirus pandemiyasının yaratdığı bu çətin günlərdə hamı kimi mənim də ürəyimdə nigaranlıq duyğuları var idi, təlaşımızda haqlı idik. Dünyanın bir çox inkişaf etmiş böyük dövlətlərinin belə qarşısında aciz vəziyyətə düşdükləri pandemiya hamımızdan çox Sizi narahat edirdi. Hər zamankı məsuliyyətiniz bu günlərdə də öz sözünü dedi. Əsl rəhbər, əsl dövlət xadimi, əsl vətəndaş mövqeyi sərgiləyərək xalqımızı, dövlətimizi bu bəladan uzaq tutmağınız Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırdı. Biz ahılların Sizə ünvanlanan duaları, alqışları Sizi daha da qüvvətləndirdi. Karantin elan olunan ilk gündən aztəminatlı ailələrə olunan yardımlar, dövlət işlərində çalışanların məvaciblərinin əvvəlki kimi ödənilməsi, işsiz kimi dövlət qeydiyyatından keçmiş vətəndaşlarımıza edilən yardımlar sosial və hüquqi dövlət kimi qüdrətimizi bütün dünyaya göstərmiş oldu.

Əziz Prezidentimiz, Siz ölkəmizi təhdid edən bütün problemlərin öhdəsindən qətiyyətlə gəlmək bacarığınızı bir daha təsdiq edərək bütün dünyaya örnək bir Lider olduğunuzu sübut etdiniz. Sizinlə fəxr etdik, qürurlandıq, ruhlandıq, birləşdik. Allah Sizdən razı olsun, əziz Prezidentimiz. Nə yaxşı ki, varsınız.

Hörmətlə,

Züleyxa Qayıbova

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

“Möhtərəm cənab Prezident.

Məktubuma ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi vaxtlarda atamın dediyi sözlərlə başlamaq istəyirəm: “Heydər Əliyev bizi bu bəladan qurtaracaq.” Azərbaycanın çətin vaxtında atamın əminliklə dediyi bu sözləri o zaman uşaq olduğuma görə tam dərk etmirdim, amma zamanla ulu öndər Heydər Əliyevin qüdrətli siyasəti nəticəsində Azərbaycanımızın bəlalardan qurtarıb gündən-günə çiçəkləndiyinin şahidi oldum. Son zamanlar bütün dünyanı bürümüş pandemiya ölkəmizdən də yan keçməyəndə, Sizin ilk çıxışınız zamanı atam: “Prezidentimiz İlham Əliyev bizi bu bəladan qurtaracaq. Atasının oğludur”, – deyəndə, bu dəfə əmin idim ki, Sizin rəhbərliyinizlə bu bəladan üzüağ çıxacağıq. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bu gün ən az itki verən ölkələr sırasındadır. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən Azərbaycan xalqına sevgi və diqqətinizi əsirgəmədiniz. Sizin qabaqlayıcı tədbirlər barədə verdiyiniz bütün qərarlar xalqımızın rifahı və sağlamlığı məqsədi daşıyırdı. Siz bu çətin zamanda bir daha sübut etdiniz ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Bir daha əmin olduq ki, ölkəmiz Sizinlə daim gözəl günlər yaşayacaq.

Cənab Prezidentimiz, ölkəmizin inkişafı, xalqımızın rifahı və sağlam gələcəyi üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz Sizinlə güclüyük.

Hörmətlə,

Sevil Qurbanova

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızın qorunması üçün vaxtında, tam dəqiq verdiyiniz qərarlar və göstərişlər nəticəsində Azərbaycan xalqının bu xəstəlikdən qorunmasına nail olunmuşdur. Dünya ölkələrindəki vəziyyətə baxdıqda Azərbaycan xalqı üçün verdiyiniz göstərişlər və görülən işlər olmasaydı, ölkəmiz üçün vəziyyət heç də ürəkaçan olmayacaqdı. Bütün bunlardan açıq görünür ki, Sizin başlıca məqsədiniz xalqımızın bu xəstəlikdən minimum itki ilə çıxmasıdır. Bir çox ölkələrin iqtisadiyyatı fikirləşərək qərarları gecikdirməsi hazırda pandemiyanın ağuşunda olmalarına gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə aydın görünür ki, Azərbaycan xalqı üçün verdiyiniz qərarlar nə dərəcədə doğrudur. Bu qərarlar nəticəsində koronavirus pandemiyasının ölkədə yayılması minimuma endirilmiş, səhiyyə bu xəstəliklə mübarizəyə tam hazırlanmışdır. Verdiyiniz qərarlar digər ölkələrə nümunə olmuşdur.

Cənab Prezident, belə bir vəziyyətdə hər zamankı kimi xalqın yanında olduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, təşəkkür edirəm. Biz bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz Prezidentimiz var.

Hörmətlə,

Ələsgərov Rza İbrahim oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

“Möhtərəm cənab Prezident.

“Xanoba” gömrük postunun tikintisi, həmin postla ”Samur” sərhəd keçid məntəqələri arasındakı avtomobil yolunun genişləndirilməsi ilə bağlı Sərəncamlarınız xaçmazlılara verdiyiniz ən yüksək qiymət və ölkəmizdə aparılan iqtisadi islahatların məntiqi davamıdır.

Bu istiqamətdə ayırdığınız maliyyə vəsaiti sərhəd zonasında yaşayan əhalinin rahat şəkildə sərhəd keçid məntəqəsindən istıfadə etməsinə, yolda isə maneəsiz hərəkətinə dəstək olacaqdır.

Siz ulu öndər Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək müstəqil Azərbaycanı daha da gücləndirirsiniz. Bu yolda Sizə möhkəm cansağlığı, uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Şakir Məmməd oğlu

Adilova Aytən Abdulla qızı

Eldarova Svetlana Məhəmmədnəbi qızı

Eldarov Həmid Akif oğlu

Azərbaycan Respublikası, Xaçmaz rayonu”.

“Möhtərəm cənab Prezident.

Biz Sizinlə sözün əsl mənasında fəxr edirik. Bu gün biz məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində sağlamıq, sevdiklərimizin əhatəsindəyik.

Bu çətin günlərdə istər karantində olan, istərsə də evdə qalan vətəndaşlarımız xüsusi diqqət və qayğı ilə əhatə olunub. Həmin diqqət və qayğı xeyirxah, nəcib işlər görən, xalqın xeyri üçün əlindən gələni, hətta ondan da artığını edən, ən əsası isə ulu öndər Heydər Əliyev yolunun uğurlu davamçısı olan bir Liderin sayəsində mümkün oldu. Sizin Prezidenti olduğunuz bir ölkədə yaşamağımızla qürur duyuruq.

Yaşasın müstəqil Azərbaycanın Prezidenti və onun ətrafına sıx birləşən Azərbaycan xalqı.

Hörmətlə,

Qarayeva Ayşad

Əsədov Elmar

Məmmədova Tahirə

Şirinova Dürdanə

Azərbaycan Respublikası, Kürdəmir rayonu”.

“Möhtərəm cənab Prezident.

Biz Sizə Şəmkir rayonunun müəllim, tələbə və şagirdləri adından müraciət edərək təşəkkür etmək istəyirik. Sizin sayənizdə xalqımız bu koronovirus xəstəliyindən az zərərlə qurtulacaq. Siz şagirdləri, tələbələri xəstəlikdən qorudunuz, lakin heç kim təhsildən kənarda qalmadı.

Sizin vətəndaşlara, xalqımıza nə qədər dəyər verdiyinizi hamı gördü. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız addımlar Sizin xalqa sevginizi bir daha nümayiş etdirdi.

Cənab Prezident, Allah Sizi daim qorusun. Çox sağ olun.

Hörmətlə,

Məmmədova Könül

İsayeva Günay

Hüseynova Xatın

Yolçuyeva Vüsalə

Azərbaycan Respublikası, Şəmkir rayonu”.

“Möhtərəm cənab Prezident.

Son aylarda dünyanı bürüyən qorxulu koronovirus xəstəliyinə qarşı mübarizəniz, gecə-gündüz öz xalqınızı qorumağınız bizə yaxşı məlumdur. Bu zəhmətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu gərgin zəhmətin arxasında xalqın iqtidara olan inamı, sevgisi, etibarı dayanır.

Cənab Prezident, bu çətin günlərdə biz xüsusi qayğı hiss edirik. Aldığımız yardımlar həm də mənəvi dəstək idi. Biz ağdamlılar həmişə Sizin yanınızdayıq. Sizin səmərəli fəaliyyətinizlə bizi qarşıda daha gözəl günlər və Qarabağa qayıdış gözləyir. Allahdan Sizə güc və sağlamlıq arzulayırıq.

Hörmətlə,

Rzayev Əli

Səfərova Qəmər

Zeynalov Rəfail

Azərbaycan Respublikası, Ağdam rayonu”.

“Möhtərəm cənab Prezident

Mən bir neftçi kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Çünki bu mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Çox sevindirici haldır ki, Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsindədir.

Cənab Prezident, “Biz birlikdə güclüyük!” çağırışınızla xalqımızın malik olduğu ən ülvi dəyərləri səfərbər etdiniz. Həmçinin, ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırdı. Azərbaycanlılar Sizinlə və Mehriban xanımla qürur duyur, fəxr edir. Bizi, Azərbaycan xalqını bu cür qayğı ilə əhatə etdiyiniz üçün ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirəm. Allah Sizi və Azərbaycan xalqını qorusun.

Hörmətlə,

Tağıyev İlham Fərhad oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident.

Sizin koronavirusla bağlı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu işinizə görə bu gün Azərbaycan bir çox ölkələrə örnək göstərilir. Siz insanların sağlamlığını iqtisadi fəallıqdan, maddi gəlirlərdən üstün tutdunuz. Biz çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz ölkədə yaşayırıq.

Çox fərəhləndirici haldır ki, xalqın malına göz tikən, vəzifəsindən sui-istifadə edən rüşvətxor məmurlara qarşı mübarizəni də uğurla davam etdirirsiniz. Son günlərdə bir neçə vəzifəli şəxsin məsuliyyətə cəlb olunması cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Əziz Prezidentimiz, biz vətəndaşlar əminik ki, dünyaya günəş kimi doğan Azərbaycanın qarşısını kəsməyə, şəfəqini azaltmağa çalışan qara buludlar tezliklə dağılacaq, ölkəmiz hər zaman açıq səmada parlamaqda davam edəcəkdir. Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə yeni-yeni uğurlar, sağlam və uzun ömür arzulayırıq.

Hörmətlə,

Həsənov Firdovsi Səfər oğlu

Ağayeva Gülşən Səməd qızı

Cabbarov Səməd Bəylər oğlu

Mahmudova Rahilə Sədi qızı

Əliyev Abil Qədim oğlu.

Azərbaycan Respubikası, Bakı şəhəri, Xətai rayonu”.

“Hörmətli cənab Prezident.

Sizin göstərişiniz və tapşırığınıza əsasən respublikamızın bütün regionlarında müasir avtomobil yollarının, körpülərin, keçidlərin yüksək keyfiyyətlə tikilməsinin şahidi oluruq.

Tapşırığınıza əsasən Bərdə rayonunun Samux kəndində də uzunluğu 4 kilometr olan yeni yol tikilmişdir. Bu yolun tikintisi kənd sakinlərinin hədsiz sevincinə səbəb oldu.

Görülən işlərə görə kəndimizin camaatı adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Samux kənd sakinləri adından Sizə bitməz-tükənməz yollar qədər uzun ömür, cansağlığı və ailə səadəti arzulayırıq. Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Məmmədov Seymur Elman oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu, Samux kəndi”.

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyası dövründə bizə arxa-dayaq olduğunuza, hər birimizə xüsusi diqqət yetirdiyinizə, hər kəsin problemini həll etməyə çalışdığınıza görə Sizə minnətdarıq.

Siz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini, rifahını hər şeydən üstün tutur və buna nail olmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Biz də Sizə inanır, güvənir və Sizinlə fəxr edirik.

Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Ramazanova Aysu

Qardaşov Saleh.

Azərbaycan Respublikası, Ucar rayonu”.

“Hörmətli cənab Prezident,

Sizin geniş dünyagörüşünüzə, sağlam düşüncənizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız xalqımızın sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə atdığınız addımlar, gördüyünüz qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir.

Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımızı, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun.

Hörmətlə,

Səfərov Hörmət

Cəfərov Eynulla

Nəsirov Miralı

Əliyev Hüseyn

Kazımov Əsəd

Mehdizadə Rahib

Məmmədov Mədəd.

Azərbaycan Respublikası, Füzuli rayonu”.

“Möhtərəm cənab Prezident.

Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub.

Bütün dünyanı cənginə alan koronovirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi bizi çox sevindirdi. Çox sevindirici haldır ki, iqtisadi gücü ilə öyünən bir çox dövlətlər belə ölkəmizin bu pandemiyaya qarşı apardığı mübarizə üsulundan faydalanırlar. İnanıram ki, Sizin hərtərəfli düşünülmüş siyasətiniz nəticəsində ölkəmiz postpandemiya dövründə öz iqtisadi gücünü sürətlə bərpa edəcəkdir.

Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk.

Cənab Prezident, hər zaman olduğu kimi, bu ağır günlərdə də xalqın yanında olaraq hər bir vətəndaşın sağlamlığı, təhlükəsizliyi və sosial rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, bizi qoruduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk. Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun.

Hörmətlə,

Cəbrayılov Firdovsi İbadulla oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi”.

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Təbii ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Dünya bazarlarında neftin qiyməti aşağı düşməsinə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir çətinlik hiss etmədi. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır.

İşsiz kimi qeydiyyatda olan şəxslərə apndemiya dövründə aylıq 190 manat vəsaitin verilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır.

Sizə bir daha minnətdarlığımı bildirir, yürütdüyünüz siyasətin uğurlarının daha bol olmasını arzu edirəm. İnanıram ki, Azərbaycan Sizinlə daha güclü və qüdrətli olacaq.525.az

Hörmətlə,

Ağayev Qorxmaz.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button