Siyasət

ABŞ’da 3 Noyabr prezident seçkilərində kim qalib gələcək?

Noyabrın 3-də Amerikada prezident seçkiləri keçiriləcək.Bu barədə Gənc Politoloq Elman Vəliyev Analoq.az’ a müsahibəsində bildirib. Politoloq qeyd edib ki, namizədlər Sabit Respublikaçılar partiyasının nümayəndəsi Donald Tramp və Sabiq Vitse Prezident(Prezident Barak Obamanın dövründə) Demokratiklər partiyasının nümayəndəsi Co Baydendir. Nümayəndələr arasında olduqca rəqabət var.Ancaq keçirilən rəy nəticəsi üstünlüyün Bayrendə olduğunu göstərir. Ancaq Tramp 2016-cı ildə olduğu kimi yenə həmin taktikalardan istifadə edir. Tənqidlərə sərtreaksiya, bir çox şeyləri önəmə almamaq.Müzakirələri qulaq ardına vurmaq kimi şablon hərəkətlər.

Bəs niyə üstünlüyün Baydendə olduğu göstərilir?

Yaxşı məlumdur ki dünyaya qara bulud kimi yayılan COVİD-19 pandemiyası bir çox dövlətlərə olduqca ziyan vurdu.
Əlbəttə, pandemiya ABŞ-dan da yan keçəmədi. Bu virus nəticəsində ABŞ-da xeyli insan öldü.Trampın bu qətiyyətsiz addımları, vacib prosesləri əhəmiyyətə almaması, həmçinin İrqi ayrı seçkiliyin daha da güclənməsi ona qarşı rəğbəti daha da azaltdı. Baş verən qarşı durmalar əhali arasında Trampın mövqeyini zəiflətdi.

Bəs niyə Bayden?

Güclü diplomat kimi bilinən Baydenə qarşı rəğbət önəm daşıyır. Cazibədar, mülayim, xüsusiyyətləri ilə xalq arasında tanınan Baydeni bu faciənin( Tarampın elədiyi səhvləri)üstəsindən gələcəyini fikirləşirlər. Yunanlara rəğbəti olan Bayden 1974-cü ildə Kipr münaqişəsində Türkiyə əleyhinə çıxışlar etmişdi.
Həmçin bu şəxs “Yalançı Erməni Soyqrımını” prezident seçilsə tanıdacağını bildirib.

Digər bir məslə isə pandemiyanın növbəti dalğası seçkini ertələyə bilər.
Yeni dalğanın olması Tramp üçün əlverişlidir.
Tramp həmçinin seçki də “saxtakarlıq” edilir deməyə başlayıb.Yəni Tramp Baydenin hal-hazırkı üstünlüyünü qəbul etmək istəmir.Buna cavab kimi Bayden “əgər Tramp məğlub olub da öz xoşu ilə hakimiyyəti verməzsə güclə hakimiyyəti alarıq deyib”.

Hal-hazırda üstünlük Baydendədir.Ancaq bu Hakimiyyəti qarantiləmir. 2016-cı il seçkilərində də Trampın qazanacağına ümid azidi.Buna baxmayarq Prezident Trampdır( son anda bəzi əyalətlərin Trampa dəstək olması avantaj yaratdı).

Kim seçilsə bizim üçün nisbətən əlverişlidir?

Əlbəttə ki, Baydenin seçilməyinə Amerika xalqı tərəfdardır.
Ancaq bu namizədin seçilməyi bizə olduqca əks mövqedir. Bildirmişdim ki, Bayden “yalançı erməni soyqrımını” tanıyacağını bildirib(Bunu deməklə həm də öz mövqeyini gücləndirir).

Həmçinin Baydenin Türklərə qarşı antipatiyası var. Baxmayaraq ki Tramp da bizim üçün çox da mühüm deyil.Amma Baydenə nisbətən bizim mövqeyimizə daha əlverişlidir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button