Müsahibə

“Fəxri adlar şəxsi münasibətlərə görə verilib”-XALQ ARTİSTİ

“Karantin hamını şil-küt etdi, camaatın evini yıxdı”. Analoq.az ın məlumatına görə
bu sözləri Yenisabah.az-a hamının “Moşu” kimi tanıdığı Xalq artisti Valeh Kərimov deyib.

Sənətçi karantinin sənət adamlarına təsirindən danışıb:

“Karantin müddəti hamımıza pis təsir etdi. Bu karantinin bir yaxşı tərəfi yoxdur. Hamını şil-küt etdi, camaatın evini yıxdı. Mən çəkilişlərdə olmadım. Ümumiyyətlə, karantindən əvvəl də çəkilişlərdə olmurdum, çünki təqaüddəyəm. Açığı, çəkilişə dəvət də etmirlər. Bundan sonra hansısa film və ya serial olsa çəkilərəm. Amma gərək materiala, ssenariyə baxam. Uyğundursa, yaxşı roldursa əlbəttə ki, yenə çəkilərəm. Mən artistəm işim budur, seriala çəkilmək, tamaşalarda oynamaq…”.

Xalq artisti yeni təyin olunan mədəniyyət naziri Anar Kərimova da məsləhət verib:

“Mədəniyyət sahəsində bəzi şeylərin dəyişməsini istəyərdim. Mən teatr aktyoru olmuşam, istəyərdim ki, teatrlara daha çox diqqət ayrılsın. Tetrların, tamaşaların səviyyəsi yüksəlsin, vətənpərvərlik mövzuları daha çox göstərilsin, müharibəyə aid tamaşalar səhnələşdirilsin. Ümid edirəm, yeni mədəniyyət naziri bunlara diqqət edər”.

Fəxri adlarla bağlı danışan V.Kərimov bəzən bu adların şəxsi münasibətlərə görə verildiyini deyib:

“Fəxri adları həqiqətən layiq olana verəndə hamı sevinir. Tamaşaçı da deyir ki, “halaldır”, sənətçi həmkarları da. Amma elə belə, dostyana, qardaşyana paylanılan, xalaoğlu, bibioğluna verilən adlar heç kəsə xoş deyil. İnanın ki, tamaşaçı buna sevinmir. Mən fəxri adların verilməsinin tərəfdarıyam, istər Sovet dövründən, istər Nikolaydan qalma olsun, sənət adamları bununla dəyərləndirilir. Bu gün layiq olub ad alanlar da yetərincədir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button