Siyasət

Paşinyan niyə Prezident İLHAM ƏLİYEVİN sülhlə bağlı təşəbbüslərinə müsbət cavab vermir, daha doğrusu, verə bilmir?

Hadisələrin, yəni şanlı Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarının gedişatı Ermənistan üçün biabırçı məğlubiyyətdən başqa heç bir şans qoymur. Paşinyan üçün isə eyni sonluqla nəticələnən iki yol var:

1. Paşinyan təslimçi sülhə imza atır və ölkəsindəki şovinist siyasi kəsim və artıq qəzəbinə tuş gəlmiş erməni etnosu tərəfindən devrilir.

2. Paşinyan, özünün də dediyi kimi, sonadək dirənir, müharibəni davam etdirir və ölkəsinin hərbi baxımdan bütün canlı qüvvəsinin və arsenalının illərlə bərpa oluna bilməyəcək dərəcədə məhvinə səbəb olur və biabırçı şəkildə məğlub olur. Bu halda yenə də ölkəsindəki qəzəbli kütlə tərəfindən devrilir və öz etnik qrupunun “tarixinə” ən uğursuz etnos rəhbəri kimi düşür.

Hər iki variantda Paşinyan üçün sonluq eynidir. Bu baxımdan, zənnimcə, Paşinyan təslimçi sülhə razı olmayacaq. Açığı, düşünürəm ki, bizim üçün də məhz ikinci variant daha əlverişlidir. Çünki düşməni daha çox əzə biləcəyik. Bu baxımdan, hörmətli Prezidentimizin dediyi kimi, Paşinyan hakimiyyətdə nə qədər çox qalsa və eyni zamanda, sülhə razılaşmasa, bizə daha çox sərf edir.

Analoq.az

Elman Cəfərli
Naxçıvan MR Ali Məclisinin deputatı,tarix üzrə fəlsəfə doktoru

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button