Ölkə

Əli Əliyevin həbs müddəti artırıldı

Həbsdə olan Vətəndaş İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin cəza müddəti artırılıb.”Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona daha 5 ay həbs cəzası verilib.

Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını demişdi. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət vermişdilər.

Bugünkü qərar Yasamal Rayon Məhkəməsinin partiya sədri barəsində ikinci qərarı olub. Belə ki, yanvarın 13-də Əli Əliyevə 5 ay həbs cəzası vermişdi. Ona görə də cəzaların qismən toplanması yolu ilə partiya sədri qəti olaraq 6 ay azadlıqdan məhrum edilib.

Əli Əliyevin vəkili Cavad Cavadov “Qafqazinfo”ya açıqlamasında hökmdən narazı qaldıqlarını bildirib: “Bir şəxs barəsində eyni əmələ görə iki dəfə cəza təyin edilə bilməz. Bu, konstitusiyaya ziddir. Əli Əliyev məlum çıxışında ad çəkməyib. Amma DSX zabitləri onu ayrı-ayrılıqda məhkəməyə verib. Tezliklə apellyasiya şikayəti verəcəyik”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button