Ölkə

MMP rayon təşkilatları ilə videokonfrans keçirib – Fotolar

Bu barədə Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova özü məlumat verib.

Könül İsmayılova bildirib ki, MMP-nın rayon təşkilatlarının sədrləri ilə videokonfrans keçirdik. MMP sədri Hafiz Hacıyevin salamlarını sədrlərə çatdırdım.Konfr ansa partiyanın Qazax, Biləsuvar, Şəki, Nərimanov, Tərtər, Goranboy, Bərdə,Qəbələ,Ye vlaxda olan sədrləri qoşuldu. Rayon təşkilatlarının sədrləri rayonlarında olan təşkilatlanma, problemlər barədə danışdı. Partiyanın sədr müavini olaraq onları dinlədim.

Müasir Müsavat Partiyasının rayon təşkilatları istəyirlər ki, rayonlarda qərargahları olsun.Onların qərargahları olarsa, təmsil etdikləri rayonların əhalisi və üzvlərimiz ilə sıx işləyə bilərlər. Rayon təşkilatlarının bu istəyini partiya olaraq biz aidiyyatı qurumların nəzərinə dəfələrləə çatdırdıgımı bildirdim.Təssü f ki,hələdə cavab ala bilməmişik.

Video konfransda həmçinin ölkədə baş verən son hadisələr barədə də fikir mübadiləsi apardıq. Azərbaycanla Ermənistan arasında bağlanması gözlənilən sülh müqaviləsindən danışdıq. Bu barədə hər bir zaman dövlətimizin yanında olduğumuzu bildirdik.

Eyni zamanda Ukrayna və Rusiya arasında davam edən müharibə də müzakirə mövzusu oldu. Partiya və rayon təşkilatları olaraq bir daha hamılıqla Ukraynaya dəstəyimizi ifadə etdik.

Mən öz növbəmdə rayon rəşkilat sədrlərinə tapşırıqlarımı çatdırdım.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button