Aktual

BNA rəhbərliyinin yarıtmaz onlayn ödəmə sistemi – JURNALİST BNA-nı KƏSKİN TƏNQİD ETDİ

Məlum olduğu kimi Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

Fərmanla Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Jurnalist Savalan Talıblı ləğv edilən BNA-nın şəxsi Facebook səhifəsində sərt tənqid edib. Jurnalistinin yazdığı statusu olduğu kimi təqdim edirik:

Ləğv edilən BNA adlı qurumun onlayn kart ödəmə sistemi bərbad gündədir. Bütün dünyada ödənişlər onlayn şəkildə operativ ödənildiyi halda, BNA onlayn ödənişi bir saat ərzində həyata keçirir.

Əcaba , ödənişi bir saat gecikdirməkdə BNA-nın məqsədi nədir? Yoxsa yüklənən pulları dövriyyəyə buraxıb bir saat ərzində başqasının pulları hesabına özü pul qazanır? Dünyanın heç bir ölkəsində, heç Azərbaycanda da belə biabırçı sistem yoxdur. BNA bu analoqu olmayan sistemi tətbiq etməklə nəyə nail olmaq istəyir? Hər halda, bu sualın cavabını eks BNA rəhbəri hamıdan yaxşı bilir.

Vüsal Kərimli vətəndaşları incitdiyini, onların vaxtını almağı, əsəblərini tarıma çəkdiyini də görəsən bilirmi?

Bu qurum hazırkı günədək ümumiyyətlə hansı işlə məşğul olub?

Dayanacaqlar bərbad gündə, dayanacaq və digər yerlərdə olan ödəmə aparatlarının yarıdan çoxu işləmir, ya da təmir adı ilə sökülüb-aparılır. Avtobusların ara məsafələri olduqca uzun, avtobuslarda yaranan sıxlıq da göz qabağındadır. BNA yaranan gündən ancaq cərimə yazıb pul qazanmaqla , sürücüləri narazı salmaqla ad qazanıb.

Jurnalistlər binasında yerləşdirilən ödəmə aparatı bir aydan çoxdur işləmir. İşləyən günü də heç olmasın! Zəng edib problemi bildirəndə də ay qardaş , ay bacı problem həll olunmaq əvəzinə səni borclu çıxardırdılar.

Təsəvvür edin , Nərimanov metrosundan Bakıxanov qəsəbəsinə 24 saylı avtobus xətti açılıb. Avtobus var , amma ödəmə aparatı yoxdur. Bakıxanov sakinləri qalıb OBA marketlərin ümidinə. Avtobusa minmək üçün OBA-da ödəniş edirlər.

Vallah yazmağa adam söz tapa bilmir. Tapdığı sözü də yazmağa layiq bilmir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button