Ölkə
Rüstəm Usubov vəzifəsindən azad edildi
Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov vəzifəsindən azad edilib.HİT.Az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb. Əmrin gün ərzində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib. R.Usubovun adı bir sıra qalmaqallı hadisələrdə, o cümlədən Hacı Məmmədovun işində hallanıb.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]