Ölkə

“Qoşqar Təhməzli məni və işçilərimi çörəksiz qoydu” – Göyçaylı sahibkar

Göyçay rayonunda fəaliyyət göstərən sahibkar Hacıyev Habil Məsim oğlu “Qida Təhlükəsizliyi Agentliyi”nin və rəisi Qoşqar Təhməzlinin ona qarşı qərəzli münasibətlərindən şikayət edir.Sahibkar yanqı ilə bildirir ki, “Qoşqar Təhməzli və adamları “məni və işçilərimi çörəksiz qoydu, amma özlərinə uyğun adamlar bərbad şəraitdə fəaliyyət göstərirlər”.

Belə ki, Göyçay şəhəri Bəhəddin Mirzəyev küçəsində qanuni şəhadətnamə əsasında “ət kəsim” məntəqəsi açaraq fəaliyyət göstərən sahibkara məxsus məntəqənin fəaliyyəti məqsədli şəkildə dayandırılıb. Buna səbəb isə rayonda fəaliyyət göstərən digər ət kəsim məntəqəsinin Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə maraq müqabilində danışığa gedərək həmin işi inhisara almasıdır.

Məlumata görə Qoşqar Təhməzliyə yaxınlığı ilə seçilən digər sahibkar onunla rəqabət aparan Hacıyev Habil Məsim oğlunun əsassız bəhanələrlə cərimə olunmasına, kəsdiyi ətin tələf olmasına və bu səbəbdən aktlaşdırılaraq basdırılmasına , eləcə də ona verilmiş qanuni sertifikatın ləğv olunmasına nail olub.

Hal-hazırda sahibkar Hacıyev Habil məsim oğluna verilmiş şəhadətnamə heç bir əsas olmadan ləğv edilib. Hətta ona məxsus ət kəsim məntəqəsində hər hansı bir heyvanda xəstəlik aşkar edilmiş olsa belə, bu hal ona verilmiş şəhadətnamənin ləğvi üçün əsas ola bilməzdi.

Bununla yanaşı onun kəsdiyi heyvanı xəstə bəhanəsi ilə aparıb, 11 gün sonra ətin üzərinə havadan mikrob düşdüyünə dair rəy verib 900 manat dəyərində ət məhsulunu basdırıblar, daha sonra onu 200 manat məbləğındə cərimə ediblər. Bununla kifayətlənməyən agentlik digər sahibkarın maraqlarını təmin etmək məqsədilə ona məxsus ət kəsim məntəqəsini bağladaraq, iş fəaliyyətini dayandırıb.

Hər kəsə məlumdur ki, “Qida Təhlükəsizliyi Agentliyi”nin bölgələrdə olan əməkdaşları mikrob adı altında rüşvət verməyən sahibkarların satdığı məhsullardan bakteroloji xəstəliklər aşkar edir. Sonra həmin adamın bir aylıq ruzisi qədər əmlakı məhv edilib, cərimələr tətbiq edilir.

Faktiki olaraq, Göyçay rayonunda gecədən səhərədək itlərin yaladığı ət kötükləri üstündə satılan ət məhsullarının satışına göz yumulur. Amma sertifikatı olan “ət kəsim” məntəqələrində vizual müayinə ilə guya şübhəli məhsullar aşkar edirlər.

Laboratoriya müayinəsinə göndərilən məhsul nümunələri bütün hallarda müsbət qiymətləndirilir. Hətta müayinələrdə qeyd olunur ki, guya kəsilən heyvan xəstə olmasa da, kəsildikdən sonra havadan mikrob qəbul etmiş olub. Əgər havada hər hansısa yoluxucu mikroblar mövcuddursa, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi nəyə görə rəsmi məlumat yayaraq fövqəladə vəziyyət elan etmir?

Məgər onlar üçün rüşvət almaq və ya cərimə tətbiqi önəmlidir, yoxsa əhalinin sağlamlığı? Məgər bu qədər riyakar davranışmı olar? İndiki durumda bir çox sahibkarlar, faktiki durumdan narahat olublar.

Açıq havada itlər yalayan kötüklər üzərində təşkil olunan ət və ət məhsullarının satış yerlərində hər hansı bakteriya aşkar olunmadığı halda, onların müasir standartlara uyğun təşkil etdikləri qapalı şəraitdə necə olur ki, mikrob aşkar edilir? Anoloqsuz Qoşqar Təhməzlinin “mikrob” siyasətinin açıqlanması üçün onların mövqeyini bilmək maraqlı olardı.

Sahibkar Habil Hacıyev fəaliyyəti dayandırılmış ət kəsim məntəqəsinə baxış keçirilməsi, ekspertiza nümunələri götürülməsi, ona qarşı edilən bütün qanunsuzluqların yoxlanılmasına dair aidiyyatı orqanlardan kömək istəyir. Eyni zamanda onun başına gətirilən bütün oyunların inhisarçılıq məqsədilə törədildiyini faktlarla xüsusi göstərəcəyini qeyd edib.reportyor.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button