RegionŞikayət

Gəncə Dövlət Universitetində nə baş verir? – Müəllimlər şikayət etdi

Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən ölkə Prezidentinə göndərdikləri müraciət haqda redaksiyamıza məlumat daxil olub. Müraciəti olduğu kimi dərc edirik.

Çox hörmətli cənab Prezident, Gəncə Dövlət Universitetinin rektorunun katibəsi, həm də paralel olaraq Psixologiya kafedrasının müəllimi Qasımova Həmidə İsgəndər qızı 27.05.2022-ci ildə 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib. Dissertasiya işini yazmaq üçün vaxt lazımdır, adətən bu işlə məşğul olan adamlara elmi yaradıcılq məzuniyyəti verilir. Həmidə Qasımova isə həm tələbələrə dərs keçir, həm də rektorluğun katibəsi işləyir. Maraqlıdır, bu şəxsə heç vaxt yaradıcılıq məzuniyyəti verilməyib, onda Həmidə Qasımovanın elmi tədqiqat işini nə vaxt və harada aparması suallar doğurur.

Məlumunuz edirik ki, bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb. Ümumiyyətlə, bu Akif Abbasov Rusiyadan və digər MDB ölkələrindən müdafiə olunmuş dissertasiya işlərini gətirib, azərbaycan dilinə tərcümə edərək 15-20 min arası ona buna satır, nəticədə bir ərizə forması yaza bilməyən azərbaycanlı alimlərin sayı göbələk kimi artır. Həmidə Qasımova da belələrindəndir.

Həmidə Qasımova pedaqogika elmindən tam xəbərsiz, pedaqogikanın ilk anlayışlarının adını, ixtisasının adını belə bilməyən, hətta əxlaqı belə universitetdə müzakirə mövzusu olan, adı rüşvət məsələlərində hallanan, xəlvəti olaraq müxtəlif xarici ölkələrin universitetlərinə rüşvət müqabilində ingilis dilini belə bilməyən 2-ci kursdan oxumaq üçün tələbə göndərməklə məşğul olan bir adamdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Naxçıvan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən FD 2.40 Dissertasiya Şurasında müdafiə edərkən də Vasif Talıbovun oğlunun köməkliyi sayəsində pedaqogika sözünün mənasını bilməsə belə müdafiə edərək pedaqogika üzrə alim olub..

Vasif Talıbovun işləri düyünə düşdüyündən, Ali Attestasiya Komissiyasında işini təsdiq etdirmək üçün Həmidə Qasımovaya kömək edə bilməyib, nəticədə AAK onun işini geri qaytarıb. Bundan sonra Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, işindən xəbəri olmayan adam AAK-da Ekspert komissiyasına 10 min manat rüşvət verərək oradan müsbət rəy ala bilib. Maraqlıdır, belə bir savadsız şəxsə necə müsbət rəy verib alim diplomu vermək olar? Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogika sözünün mənasını belə bilməyən adama pedaqogika üzrə necə alim adı verilir?

Bunlar Ali Attestasiya Komissiyasında bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir. Budurmu AAK-ın obyektivliyi? AAK-ın Sədri Famil Mustafayev bu rüşvətxorluğun qarşısını nə vaxt alacaq????

Bu adam bizim işlədiyimiz kafedranın adını belə hörmətdən salır. Hər yerdə deyirlər ki, özünün psixoloji problemləri olan, pedaqogikanı bilməsə də ixtisası pedaqogika olan bir adam Psixologiya üzrə ali məktəb tələbələrinə dərs keçir. Həmidə xanımın Psixologiya kafedrasında müəllim işləməsi bu kafedranın görkəmli alimlərinə təhqirdir.

Çox hörmətli cənab Prezident, bu biabırçılığın qarşısının alınmasını Sizdən xahiş edirik.

Hörmətlə, Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının bir qrup əməkdaşı

Hörmətli redaksiya. Xahiş edirik məktubu ictimailəşdirin, adımızı ona görə yazmırıq ki, GDU rəhbərliyi bizi cəzalandıracaq, bizə işdə problemlər yaradacaq. Amma şikayət məktubu mətbuatda dərc olunsa tədbir görməyə məcbur olarlar.

**

Redaksiyadan: Qeyd edək ki, məqalədə adıçəkilən Həmidə Qasımovayla əlaqə saxlayıb münasibət öyrənmək istədik. Həmidə xanım redaksiyamızın qaynar xəttinə gizli nömrəylə zəng edib şifahı olaraq burada yazılanları inkar etdi. Redaksiyamıza mövqeyini rəsmi olaraq bildirməyi xahiş etsək də, heç bir təkzib və ya açıqlama göndərmədi.

Onu da qeyd edək ki, Həmidə xanım bizimlə gizli nömrə ilə əlaqə saxladığı üçün onunla yenidən əlaqə yaratmaq mümkün olmadı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button