Siyasət

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

“Azərbaycan və Qırğızıstan arasında Strateji tərəfdaşlıq haqqında saziş üzərində iş gedir”.

Bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfir deyib ki, noyabrın 12-də Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşü keçirilib: “Gələn ilin aprel-may aylarında Qırğızıstanın Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı Strateji tərəfdaşlıq haqqında saziş də imzalanacaq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button