Siyasət

Paşinyan durmadan ölkəsini Azərbaycanla barışığa hazırlayır – Rusiyalı ekspert

“Dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin deskalasiyası ilə bağlı bəyanatlar səsləndirən Armen Sarkisyanın prezidentlik postundan istefası açıq şəkildə baş nazir Nikol Paşinyanın mövqeyinin güclənməsini nümayiş etdirir”.
Bunu Milli.Az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” adlı “Youtube” kanalının aparıcısı Yevgeni Mixaylov deyib.
Rusiyalı ekspert bildirib ki, Armen Sarkisyanın siyasi arenadan getməsi Azərbaycanla sülh prosesinə fayda verəcək:
“Ermənistanın keçmiş prezidentinin vaxtı ilə Ermənistan və Rusiya arasında sarsılmaz dostluq haqqında bəyanatlarına baxmayaraq, o, əslində Zaqafqaziyada və hər şeydən əvvəl Böyük Britaniyada Qərbin maraqlarının drijoru kimi çıxış edib.
Beləliklə, Armen Sarkisyanın siyasi arenadan getməsi, şübhəsiz ki, bütün sülh prosesinə fayda verəcək. Bu istefa ərizəsi eyni zamanda baş nazir Nikol Paşinyana 2020-ci ilin noyabrında və həm də 2021-ci ilin sonunda Soçidə razılaşdırılan üçtərəfli sazişlərin şərtləri ilə razılaşmayan digər siyasətçilərin, revanşistlərin təxribatlarından daha çox yayınmağa imkan verəcək.
Paşinyan durmadan ölkəni Azərbaycanla sülh sazişlərinin imzalanmasına doğru aparır və fikrimcə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı bütün kəskin məsələlər yaxın aylarda öz həllini tapacaq”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button