Ölkə

Azərbaycanın tanınmış vəkilindən çağırış: Rus məhsullarından imtina edin

Tanınmış vəkil Elçin Sadıqov vətəndaşları Rusiya məhsullarından imtina etməyə çağırıb.Pravda.az-ın xəbərinə görə, o bildirib ki, yerli məhsul almaq lazımdır.

“Son zamanlar düşünürəm, Ukraynada Russiyanın törətdiyi böyük cinayətlərdə bizim rolumuz varmı? Əvvələr rus ərzağı almışam. Sonra araşdırdım ki, ölkəmizdə aldığımız bəzi geyim əşyaları da Rusiyanın imiş. Düşündüm, o uşaqları, dinc əhalini öldürən güllələrdə, onları öldürən əsgərlərin yeməyində, geyimində, istənilən təminatında mənim rolum varmı? Ola bilər ki, olub. Bəlkə mən aldığım sosiskadan qalan mənfəətə 1 güllə alıblar. Bundan sonra Rusiyanın bütün mallarından imtina edirəm. Siz də imtina edin. Ən azı yerli mal alın. Sizin pullarınızla dinc əhaliyə güllə atılmasın”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button