CəmiyyətManşet

Baş həkim qanun qarşısında başı ilə cavab verəcəkmi?

Tanınmış jurnalist reportyor.info saytının baş redaktoru Arifə Əliyeva özünün “Facebook” sosial şəbəkəsində Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf  Yahyayevin xəstəxanada qazilər tərəfindən döyülməsi ilə bağlı video paylaşıb.

Jurnalist qeyd edib ki , baş həkimin döyülməsinə səbəb qaziləri bugünə qədər incitməsi olub. Hər halda Hippokrat andı içən və andına sadiq qalan bir həkimə güman edirik boş yerə əl qalxmaz. Görünür haqqında yazılanlar reallıqda öz əksini tapır. 

İnterneti ələk -vələk eləyib  baş həkim Rauf Yahyayev haqqında bir az araşdırma aparanda məlum oldu ki , bəs goranboyluların  səhhətinə cavabdeh olan şəxs bir neçə il qabaq , yəni 2022- ci ildə 20 avqust tarixində Goranboy rayon Borsulnu kənd sakini Əliyeva Laləzəri direktor otağının qarşısında yumruqla vuraraq sağlamlığına xəsarət yetirib. Hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib.

Amma bu baş həkimin ilk bənzər davranışı deyil. Onun haqqında yazılanlardan əyan olur ki , bundan əvvəl isə o bənzər hərəkəti Gəncə şəhər 2 saylı xəstəxanasında vətəndaşlarla edib. Amma nədənsə  2022-ci ilin fevral ayında TƏBİB rəhbərliyi Rauf Yahyayevi baş həkim təyin edəndə  onun  şəxsi işini yaxşı araşdırmayıb. TƏBİB onun davakar olduğunu bilsəydi bəlkə bu gün onun təyinatını xəstəxanaya yox hansısa idman yarışlarına yönləndirərdi. Necə deyərlər, şəfalı əlindən çox vuran əli var…

Xəbər saytlarında baş həkimin daha bir məharətini əks etdirən video yayılıb. Məclislərin birində qatılan baş həkim yeyib içəndən sonra səsini yoxlayıb , mahnı oxuyub.

Qeyd edək ki, beş barmağında beş mərifət olan Rauf Yahyayev cənab prezident İlham Əliyevin 2020- ci ilin mart ayında Goranboy Rayon Mərkəzi xəstəxanasının açılışında iştirak etdiyi xəstəxanin baş həkimidir.

İndi iş qalır hüquq-mühafizə orqanlarının araşdırmasına və nəticə çıxarmasına. Ümud edirik ki, baş həkim törətdiyi əməllərinə görə elə başı ilə də qanun qarşısında cavab verəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button