Aktual

Vladimir Putin Ramzan Kadırovu təltif edib

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.Bu barədə Kadırov teleqram kanalında yazıb.

Respublika başçısı bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə Aleksandr Nevski ordeni ilə təltif edib.

O bundan sonra da respublikanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: “Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button