Ölkə

Mikayıl Cabbarov Gəncədə sahibkarlarla görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlarla görüşüb. Analoq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Gəncə və ətraf rayonlarda qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə səmərəli görüşümüz oldu. Qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə sahibkarlarla müzakirələr apararaq sualları cavablandırdıq və təklifləri dinlədik”, – deyə o qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button