İqtisadiyyat naziri “Yüksəliş”in qalibləri ilə Mentorluq proqramının növbəti addımlarını müəyyənləşdirib
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.525.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, M. Cabbarovun müsabiqənin qalibləri ilə görüşlərində Mentorluq proqramı çərçivəsində növbəti addımlar müzakirə edilib.
İqtisadiyyat naziri qaliblərin daim peşəkarlıq səviyyələrini artırmaq istiqamətində səy göstərdiklərini vurğulayaraq, yüksək intellektə malik kadr ehtiyatlarının hər bir ölkə üçün əvəzolunmaz sərvət olduğunu qeyd edib.
“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində dövlət və özəl sektor, beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərin və müxtəlif istiqamətlərdə maraqlı müzakirələrin onların fərdi inkişafında böyük rol oynadığını diqqətə çatdırıblar.
Görüşdə gənclərin fərdi inkişaf istiqamətində fəaliyyətləri və əldə etdikləri yeni təcrübələr barədə fikir mübadiləsi aparılıb. Mentorluq proqramı çərçivəsində növbəti addımlar müəyyənləşdirilib.
Analoq.az