Ölkə
Bu il əməkhaqqı fondunda daha 5,1 faiz artım olub
Əmək müqavilələrinin sayı 33 min artaraq 1 milyon 841 min 479-a çatıb.
525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bu ilin yanvar-iyul ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 33 min və ya 1,8 faiz artaraq 1 mln. 841 min 479-a çatıb.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir.
Cari ilin 7 ayında əməkhaqqı fondunda daha 5,1 faiz artım qeydə alınıb.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]