Ölkə

“Sədərək” ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? – DİN-dən açıqlama

Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Analoq.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanı deyib.

O bildirib ki, Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb: “Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.
Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır”.

Qeyd edək ki, sosial media platformalarında yayılan videoya görə vətəndaşlardan biri ailə üzvlərinin “Sədərək” ticarət mərkəzinin rəhbərliyi tərəfindən girov götürüldüyünü iddia edərək video paylaşıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button