Ölkə
Azərbaycan Türkiyə ilə enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı gündəliyi müzakirə edilib.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Bişkekdə Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkar ilə Naxçıvan üzərindən “Türkiyə -Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsi, ilin sonunadək istismara veriləcək İğdır-Naxçıvan qaz kəməri, Azərbaycan-Türkiyə Enerji Forumunun növbəti iclası və enerji əməkdaşlığı gündəliyimizdəki digər məsələlərlə bağlı müzakirələr apardıq”, – P, Şahbazov qeyd edib.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]