Maraqlı

NASA yadplanetlilər haqqında ilahiyyatçılarla işləyir

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) ilahiyyatçılarla birlikdə işləməyə başlayıb. Analoq.az -ın xarici mediaya verdiyi məlumata görə, onlar digər planetlərdə həyat aşkar edilərsə, insanların necə reaksiya verəcəyini və mümkün bir kəşfin dini fikirlərə necə təsir göstərə biləcəyini qiymətləndirmək üçün bir araya gəlib. “The Tmise” qəzetində 24 ilahiyyatçının “Princeton” Universitetinin İlahiyyat Tədqiqat Mərkəzində NASA tərəfindən maliyyələşdirilən proqramda iştirak etdiyi qeyd olunub.

Proqramda “Həyat nədir, yaşamaq nə deməkdir?”, “İnsanla yadplanetli arasında sərhədi necə çəkək?” və ” Digər planetlərdə şüurlu varlıqların olması ehtimalı nə qədərdir?” kimi suallara cavab axtarılır. 525.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button