Ölkə

Albaniya mətbuatında Prezident İlham Əliyev barədə məqalələr dərc olunub

Prezident İlham Əliyevin təşəbbüsü ilə bölgənin iqtisadi inkişafına yeni nəfəs verilib, mühüm regional layihələr icra edilib, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən marşrutlar yaradılıb.

Bu fikirlər Albaniyanın nüfuzlu nəşrlərində Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə dərc olunan məqalələrdə əksini tapıb. Yazılarda dövlət başçısının həyata keçirdiyi mühüm işlər və əldə edilən uğurlar, infrastruktur layihələri barədə ətraflı məlumat verilir.

Bildirilir ki, Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi özünü doğruldub. Çoxsaylı beynəlxalq tədbirlərin – siyasi, iqtisadi, mədəni-humanitar forumlar, idman yarışları, elm, təhsil və hərbi sahələrdə sərgilər, toplantıların keçirilməsində dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərib.

Oxuculara 2020-ci ilin sentyabrında Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlayaraq ərazilərimizi işğaldan azad etməsi barədə də məlumat verilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button