Ölkə

Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Astana şəhərinə səfərə gedib.Bu barədə MSK-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan MSK nümayəndə heyətinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirakı Qazaxıstan MSK-nın sədri Nurlan Abdirovun dəvətinə əsasən gerçəkləşdirilir.

Səfər çərçivəsində MSK-nın sədri Məzahir Pənahovun qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinin inkişaf perspektivləri və seçkilər sahəsində maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

MSK-nın nümayəndələri Qazaxıstanın paytaxtında yerləşən seçki məntəqələrində müşahidə aparacaq və səsvermə günü proseslərini izləyəcəklər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button