Ölkə

Vilayət Eyvazov icra başçısının oğlunu işdən çıxardı

Ötən il sərt karantin rejimində Yasamal rayonunda keçirilən geniş əməliyyat zamanı vətəndaşlara qarşı fiziki təzyiqləri ilə gündəmə gələn Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarılıb.Analoq.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara görə, dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxarmadığına görə tutdugu vəzifədən azad edilib.

Qeyd edək ki, Ş. Hüseynzadənin atası Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, qayınatası isə Suraxanı Rayon İcra başçısı Əziz Əzizovdur. O, Yasamal RPİ-nin əməkdaşı olub, həmin hadisədən sonra isə Suraxanıya göndərilib.

O, həmin hadisələr zamanı vətəndaşın mənzilinə daxil olaraq təqsirləndirilən şəxsin yarıçılpaq vəziyyətdə aparılması haqda göstəriş vermişdi./reportyor.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button