Ölkə

“Xalqımız o yürüşdə göstərdi ki, dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın yanındadırlar”-RAZİ NURULLAYEV

Millət vəkili Razi Nurullayev ARB24 kanalında yayımlanan “Gündəm” verilişində iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək yürüşü zamanı baş verənlərlə bağlı çıxış edib.

Analoq.az xəbər verir ki, millət vəkili önc Milli Ordumuza dəstək üçün küçəyə axışan böyük mədəniyyət nümunəsi göstərən, polislərlə bərabər addımlayan ordumuza dəstək şuarı səsləndirən, “Ali Baş Komandan, silah ver bizə” şüarını səsləndirən xalqımızın hər bir nümayəndəsinə təşəkkür etmək istəyirəm.

Xalqımız o yürüşdə göstərdi ki, dövlətimizin, ordumuzun və Ali Baş Komandanımızın yanındadırlar. Və onlar da əllərinı silah götürüb mənfur düşmənin üzərinə gedərək torpaqlarımızın azadlığı üçün döyüşmək niyyətindədirlər.

R.Nurullayev həmçinin söyləyib ki, dünən küçəyə çıxan insanların heç bir halda qınamaq, günahlandırmaq olmaz. Onlar ordumuza dəstək üçün ayaqlanmışdılar. Amma hər bir halda və bütün bu hallarda təxribatçılar da olur. İnsanları təxribatçıların, kəslərin, fərdlərin ixtiyarına buraxmaq olmazdı.

İnsanların qarşısına ziyalı çıxarmaq lazım idi. Kütləni idarə etməyi bacaracaq bir ziyalıya ehtiyac var idi. Bu insanlar Cənab Prezidentin adını çəkirdilər. Ona dəstək göstərirdilər. Onun üçün belə halların baş verməməsi üçün müvafiq dövlət orqanları üzərilərinə düşəni etməlidilər ki, bu kimi hallarda kütlənin qabağına çıxa biləcək adamları hazırlamalıdırlar.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button